|
Fatih Terimin "Qalatasaray"dakı köməkçiləri müəyyənləşib

Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi Fatih Terim köməkçilərini müəyyənləşdirib. "Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssis Hasan Şaş və Yohan Elmanderlə çalışacaq.

Hər iki köməkçi-məşqçi futbolçu kimi vaxtilə "sarı-qırmızı" formanı geyinib. Hazırda 41 yaşı olan Şaş 1998 - 2009-cu illərdə, 36 yaşlı isveçli isə 2001 - 2004-cü illərdə İstanbul komandasında çıxış edib.

Qeyd edək ki, "Qalatasaray" Fatih Terimlə bu gün rəsmi müqavilə bağlayacaq.