|
Rusiyada məktəbdə şagirdlərə atəş açılıb

Rusiyanın Xabarovsk diyarının Komsomolsk-na-Amure şəhərində məktəblərin birində atışma olub.

Trend-in məlumatına görə, 10-cu sinif şagirdi məktəb binasının artırmasına çıxaraq pnevmatik tapançadan qazona tərəf atəş açıb. Bir neçə güllə üç nəfər 7-ci sinif şagirdinə tuş gəlib. Onlardan birinin bədənində qançır əmələ gəlib.

 

Fakt üzrə araşdırma davam edir. Yekunda prosessual qərar qəbul olunacaq.