|
Londonun mərkəzində şübhəli nəqliyyat vasitəsi aşkarlanıb

Britaniya paytaxtı Londonun mərkəzində polislər şübhəli nəqliyyat vasitəsi aşkar ediblər.

Trend-in məlumatına görə, şübhəli nəqliyyat vasitəsinin aşkarlanmaı səbəbi ilə Hayd-park Korner rayonunda yollar bağlanıb və ərazi mühasirəyə alınıb.

 

Məlumata əsasən, daha sonra polislər hadisə yerində nəzarətli partlayış keçiriblər.