|
Şeyx: “Nə qədər varam, qurultay olmayacaq”

Qafqaz Müsəlmanları İdarəsinin qurultaya ehtiyacı yoxdur.

Bunu jurnalistlərə açıqamasında QMİ-nin sədri Allahşükür Paşazadə deyib.

O bildirib ki, qurultay artıq olub və onu ömürlük seçiblər: “Qurultay olub, məni ömürlük seçiblər. Nə qədər həyatım var yaşayıram, qurultaya ehtiyac yoxdur”.