|
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulduğu xəbəri təsdiqlənmədi

Bakı Dəmir Yolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yalandır.

 

Bu barədə cia.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

S.Qədirova deyib ki, yalnış məlumat verən şəxs barədə hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görüləcək.