Bakıda kütləvi dava nəticəsində 3 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
İnsident nəticəsində 1993-cü il təvəllüdlü Elvin Nadirov, onun qardaşı, 1995-ci il təvəllüdlü Emin Nadirov və 1990-cı il təvəllüdlü Elməddin Əhmədov müxtəlif bədən xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, hadisə məişət zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
