Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Orxan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İlqar Paşayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
