|
İranda zəlzələ baş verib

İranda 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar ölkənin şimalındaki Kərəc şəhərindən 17 km məsafədə qeydə alınıb, ocağı 7 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.