|
Hollivudda PARTLAYIŞ

Hollivudda restoranlardan birində partlayış baş verib.

Trend-in məlumatına görə, Los-Ancelesin Yanğınsöndürmə Departamenti partlayışın 6 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda baş verdiyini bildirib.

Məlumata görə, insident nəticəsində 1 nəfər xəsarət alıb.

İnsident vaxtı restoranın bağlı olduğu bildirilir. Partlayış zamanı yaralanan qadın isə restoranın yaxınlığından keçirmiş.

 

Partlayışdan dərhal sonra binadakı sakinlər təxliyə edilib.

Partlayışın hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə ilə bağlı araşdırma başlayıb.