|
Misirdə avtomobil qəzası 13 nəfəri öldürdü

Misirin paytaxtı Qahirə yaxınlığında avtomobil qəzası nəticəsində 13 nəfər həlak olub.

 

Trend-in məlumatın görə, hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.

Qəzanın mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində baş verdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma başlayıb.