|
"El-Klassiko"da qalib gəlməyə məcburuq"

"Real"ın kapitanı Serxio Ramos La Liqanın 17-ci turunda keçiriləcək "Barselona" ilə oyunla bağlı fikirlərini bildirib.

Təcrübəli müdafiəçi "El-Klassiko"da qalib gəlməyə məcbur olduqlarını deyib: "Çox maraqlı matç olacaq. Bu mübarizə başqa görüşlərdən fərqlənir. "Barselona"ya qalib gəlməyə məcburuq. Qələbə bizə çempionluq üçün mübarizəni davam etdirməyə icazə verəcək".

Qeyd edək ki, "Real" - "Barselona" görüşü dekabrın 23-ü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq