Tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn rejissor Yılmaz Erdoğanla aktrisa həyat yoldaşı Belçim Bilgin ötən gün "Acı Tatlı Ekşi" filminin qala gecəsinə qatılıblar.
Qalaya əl-ələ gələn cütlük kameralara gülümsəyərək xeyli poz veriblər.
Yılmazla Belçimin mehriban ailə fotosu boşanacaqları ilə bağlı iddiaları əsassız çıxarıb. 
