|
“2018-ci ili istirahətə ayırdım” deyib bir ay bikinidə gəzəcək

Aparıcı Burcu Esmersoy yeni sevgilisi, iş adamı Berk Suyabatmazla Yeni Zerlandiyaya yollanıb. 

40 yaşlı aparıcı hazırda yay fəsli olan ölkədə bir ay çimərlikdə istirahət etmək fikrindədir.
Daha sonra Maldiv adalarına, İngiltərəyə, İtaliyaya, İspaniyaya, Fransaya və Amerikaya da gedəcək Burcu gələn ilin aprelində Bodrumda olacaq. 

“2018-ci ili gəzməyə ayırdım” deyən Esmersoy 5 ay boyunca işdən uzaqlaşıb dincəlmək istəyir.