ABŞ-ın Kaliforniya ştatındakı Stokton şəhərində Ceremi Miks tutularaq qarətlərdə və quldurluqda suçlanmışdı.
Onun polis idarəsində çəkilən fotosunu Stokton polis departamenti Facebook-dakı səhifəsində yerləşdirəndən sonra Ceremi Miks dünyaca məşhurlaşmışdı.
Ceremini "dünyanın ən cazibədar cinayətkarı" adlandırdılar və ona hətta məşhur moda brendləri modellik anlaşmaları təklif etdilər. Ceremi Miks indi bir neçə brendlə belə müqavilə imzalayıb və o, həbsxanadan çıxan təki model karyerasına başlayacaq.
Amma deyəsən, "kriminal modellik" müstəvisində Cereminin rəqibi peyda olub.
O, kanadalı Stefani Budindir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ötən ay Kanadanın Viktoriyavill şəhəridə həbs edilmiş 21 yaşlı Stefaniyə qarşı polis 114 bənddən ibarət ittihamnamə irəli sürüb.
Həmin ittihamlar arasında quldurluq, oğurluq, 42 evin qarət olunması, qanunsuz olaraq 9 odlu silah saxlamaq və s. var.
S.Budinin məhkəməsi noyabrın 17-də başlanacaq.
Monreal şəhərindəki Le Journal de Montreal bu xanımın fotosunu dərc edəndən sonra Stefaniya Budin məşhurlaşıb.
Sosial şəbəkələrdə o, "ən gözəl və cazibədar cinayətkar" adlandırılır.
Polisdən verilən məlumata görə, Monreal Universitetinin tibb fakültəsində oxuyan Stefaniya 13, 15 və 17 yaşlı əlaltıları ilə Atabaska və Məpl şəhərlərində quldurluq, oğurluq və qarətlərlə məşğul olub.
S.Budinin vəkili Denis Levaynın dediyinə görə, 114 ittihamın əksəriyyətinin aradan qaldırılmasına çalışacaq.




