|
Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclasının keçirilməsi gözlənilir.

Cia.az-ın məlumatına görə, iclasda bir sıra qanunlara əlavə və dəyişikliklər təsdiqləndikdən sonra, sonda Milli Məclis adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlanacaq. Bununla da Milli Məclis payız sessiyasının bitdiyi elan ediləcək.