|
WhatsApp-a 1 ay vaxt verildi

Fransanın Məlumatların Mühafizəsi İdarəsi (CNIL) Avropa İttifaqının tələbini icra etməyə başlayıb.

Cia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qurum "WhatsApp"a "Facebook"la məlumat mübadiləsini dayandırmaq üçün 1 ay vaxt verib.

Açıqlamada qeyd edilib ki, "WhatsApp" istifadəçilərinin məlumatlarını "Fabookdan" toplamaqla onların hüquqlarını pozur.

Məsələyə "WhatsApp"ın tərkibinə daxil olduğu "Facebook" şirkətindən hələlik heç bir münasibət bildirilməyib.