|
"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

Qış toplanışını Antalyada keçirəcək “Qarabağ”ın yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Ağdam təmsilçisi Polşanın “Legiya” klubu ilə qüvvəsini sınayacaq. Bu barədə Qdansk klubunun rəsmi saytı xəbər yayıb.

“Legiya” Antalya toplanışı çərçivəsində 3 rəqiblə qarşılaşacaq ki, onlardan biri “Qarabağ”dır. Matçın yanvarın 20-də keçiriləcəyi qeyd olunub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 9-da Türkiyəyə yollanacaq. “Qarabağ”ın qardaş ölkədə 5 və ya 6 yoxlama oyunu keçirməsi gözlənilir.