İtaliya A Seriyasının 18-ci turunda “Roma” ilə qarşılaşacaq “Yuventus” oyuna ciddi itki ilə çıxacaq.
Komandanın qapıçısı Canluicci Buffon zədə səbəbindən bu vacib görüşü buraxacaq.
Komandanın baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata açıqlamasında bir müddətdir zədədən əziyyət çəkən 40 yaşlı qolkiperin oyuna hazır olmadığını bildirib.
Qeyd edək ki, dekabrın 23-də keçiriləcək “Yuventus” – “Roma” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq
cİA.AZ
