|
Argentinada etiraz aksiyası zamanı 162 nəfər xəsarət alıb

Argentinanın paytaxtı Buenos-Ayresdə təqaüd islahatları ilə əlaqədar etiraz aksiyası keçirilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib.

Məlumata əsasən, toqquşmalar nəticəsində 162 nəfər xəsarət alıb. Onlardan 80-ninin polis əməkdaşı olduğu bildirilir.

Bundan əlavə toqquşmalar zamanı 81 etirazçı saxlanılıb.