|
De Mistura bu il Moskvaya səfər edə bilər

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura yeni ilə qədər Rusiyaya səfər edə bilər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN rəhəbərinin müavini Qennadiy Qatilov bildirib.

 

O, bildirib: "De Mistura hazırda Təhlükəsizlik Şurasında məruzə üçün Nyu-Yorkdadır. İstisna deyil ki, onunla əlaqələrimiz bundan sonra Moskvada davam etdiriləcək".