|
Dünya Bankının nümayəndələri İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (ÇİZA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Cia.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.