|
Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər

Yeni il ərəfəsində ölkənin ayrı-ayrı nöqtələrində çalışan ucqar kənd müəllimləri  öz şagirdlərinə hədiyyə qazandıra biləcəklər.

Ucqar kənd uşaqlarına yeni il hədiyyələri gətirilməsi üçün Fərhad Ələkbərovun təşkilatçılığı ilə www.baba.az saytı fəaliyyətə başlayıb. 

Şagirdlərin yaradıcılıq  məharəti-şeir, səhnəcik, idman və s. bacarıqlar- video şəklində çəkilərək, həmin saytdakı əlaqə ünvanlarına göndəriləcək. Ucqar kəndlərdə oxuyan şagirdlər əvəzində  Şaxta babadan hədiyyə istəyəcəklər. 

Ucqar kəndlərdə çalışan müəllimlər öz məktəblərində olan aztəminatlı ailələrdən olan uşaqların videosunu 24 dekabra qədər çəkib göndərməlidirlər.