Məşhur aktrisa Kira Naytli Ellen Dedceneresin şousunda qonaq olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 5 aylıq hamilə olan aktrisa ürəyinin ən çox marqarita içmək istədiyini, ancaq həkimin buna qadağa qoyduğunu deyib.
Naytli zarafatla - “İşə bax ki ”Oskar”a namizədəm, amma mərasimdə bir qədəh içki belə içə bilməyəcəm!” – deyə əlavə edib.
Uşağın cinsiyyətini öyrənməyə tələsməyən aktrisa içki məsələsinin ən çox əri Ceyms Raytonun işinə yaradığını da vurğulayıb:
“Mən ikimizin əvəzinə yeyirəm, o isə ikimizin əvəzinə içir”.
