|
Tovuzda 57 yaşlı kişini maşın vurdu

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

 

Kənd sakini, 1960-cı ilə təvəllüdlü Səmədov Əhliman Aslan oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.