|
Rauf Əliyevin komandasından mühüm 3 xal

Albaniya çempionatında 15-ci tura yekun vurulub. 
Turun son matçında Rauf Əliyevin formasını geydiyi “Kukesi” səfərdə “Teuta”nın qonağı olub.
Son 19 dəqiqəni 10 nəfərlə qalmasına baxmayaraq, “Kukesi” 2:1 hesablı əzmkar qələbə qazanıb. 
Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran Raufun komandası həm ardıcıl 2 yenilgidən sona qələbə qazanıb və yenidən turnir cədvəlində ikinci pillədə qərarlaşıb

Cia.az