Mingəçevir sakinini Polad Osmanovu qeyri-adi bacarığına görə "universal musiqiçi" adlandırırlar.
Axşam.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, o, həm müxtəlif musiqi alətlərində ifa edir, həm də çox gözəl muğam oxuyur. Onun bu qabiliyyəti görənlərin marağına səbəb olur.
Belə ki, 43 yaşlı Polad qarmon, nağara, pianino, tar və kamançada müxtəlif musiqiləri asanlıqla ifa edir, üstəlik muğam da oxuya bildiyindən hamı onu "Universal musiqiçi" adlandırır.
P.Osmanov Ağdaşın Nemətabad kəndində, musiqçi ailəsində doğulub. Uşaq yaşlarından ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Atası qarmon ifaçısı olduğundan ilk öyrəndiyi musiqi aləti də elə qarmon olub.
