Türkiyənin Kocaeli vilayətində 27 yaşlı Azərbaycan vətəndaşı Seyidəli Səlimov faciəvi şəkildə ölüb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumat əsasən, S.Səlimov iş yerində metal və daş parçalarının üyüdülməsi üçün istifadə edilən qurğunun içini təmizləyərkən başqa bir əməkdaş qurğunu işə salıb.
