Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz evində ölü tapılıb.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 38 yaşlı Yavuz Yılmazın bədənində odlu silahdan açılmış güllə yaraları olub. Onun öldürüldüyü ehtimal edilir. Hazırda polis faktla bağlı araşdırma aparır.
