Türkiyənin “Qalatasaray” futbol klubunun hollandiyalı oyunçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau qardaş ölkədə filmə çəkiləcək.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Yolante İstanbulda lentə alınacaq “Polis Akademiyası Alaturka” adlı ekran işində şoumen Məhməd Əli Ərbillə birlikdə baş rolda oynayacaq.
Kabau bu barədə “Tweetter” səhifəsində yazıb:
“Yeni bir türk filminə çəkilirəm. Həyəcanlıyam”.
Qeyd edək ki, futbolçunun xanımı adıçəkilən filmdə kikboks müəllimi obrazını canlandıracaq.





