|
Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü

Dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub. 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində uşaq yerindəcə  ölmüş, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.