|
Türkiyə mediası Qənirə Paşayevadan yazdı

Türkiyədə “Xəzər Qısa Film Yarışması”na qatılan millət vəkili Qənirə Paşayeva öz çıxışı ilə mükafatlandırma gecəsinə damğa vurub. 

Axşam.az-ın məlumatına görə, bu barədə “Hürriyət” yazıb. Xəbərdə qeyd olunur ki, millət vəkilinin İstanbulda qətlə yetirilən tələbə Özgəcan Aslan haqda sözləri salonda əyləşənlərin böyük kədərinə səbəb olub. 

Q.Paşayeva “İki gündür Özgəcanın, 23 ildir Xocalıda qətlə yetirilən qadınlarımızın gözləri gözümün önündən getmir”, - deyə bildirib.