|
Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü

Tovuzda spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü. cİA.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəlilli kəndində baş verib. Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu spirtli içkidən zəhərlənib. Nəticədə o, komaya düşüb.

X. Cəfərov komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.