|
Ronaldinyo senator olmaq istəyir

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo siyasətə qoşulmaq niyyətindədir. 
Veteran futbolçu 2018-ci ildə keçiriləcək Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır.
O, Mias-Jerays vilayətindən Sosial-Xristian Partiyasından senata seçilmək istəyir. Ronaldinyo namizədliyini hələ rəsmən açıqlamasa da, Braziliyanın növbəti prezident seçkilərində iştirak edəcək Sosial-Xristian partiyasının rəhbəri Jair Bolsonaronun komandasında sabiq futbolçunun da adı var.

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illər aralığında oynadığı "Barselona"nın səfiri kimi çalışır