|
"Qalatasaray"dan Arda Turan açıqlaması

"Qalatasaray"ın prezidenti Dursun Özbek "Barselona"nın futbolçusu Arda Turanla danışıqlar apardıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, türk yarımmüdafiəçi ilə görüşmədiklərini deyib: "Arda Turan bizim övladımızdır. Amma onunla danışıqlarımz olmayıb. Yazılanları təəccüblə oxuyuram".

Qeyd edək ki, D.Özbekin transferlə bağlı Arda ilə İstanbulda görüşdüyü iddia olunurdu