Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib.
İclasın gündəliyinə daha bir məsələ əlavə edilib.
Bu, Vergi Məcəlləsinə dəyişiklikdir. Beləliklə, plenar iclasda baxılacaq məsələlərin sayı 39-a çatıb.
Qeyd edək ki, Milli Məclisin dekabrın 15-də keçiriləcək iclasının gündəliyinə 38 məsələ daxil edilmişdi.
