|
Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb

Kanadada "West Wind Aviation" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində qəza zamanı 25 nəfər olub. Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.