|
Azərbaycan kubokunda ilk yarımfinalçılar müəyyənləşir - Yenilənir

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olacaq. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edəcək. Premyer Liqanın sonuncu pillələrində qərarlaşan komandalar duelində nisbətən "Keşlə" şanslı hesab edilir.

Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edəcək. İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" Topaz Premyer Liqada da bu rəqibə qalib gələ bilmir. Tərlan Əhmədovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.



14 dekabr (cümə axşamı)

13:00.“Kəpəz” – “Keşlə”
İlk oyun - 0:2
Hakimlər:
 Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19:00.“Neftçi” – “Zirə”
İlk oyun - 0:1
Hakimlər
: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"


15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”