Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.
Bəzi KİV-lər Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alan Rəhimov Murad Arif oğlunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim edib.
Arif Rəhimzadə bununla bağlı cia.az-a açıqlamasında xəbəri təkzib edib. “Təyinat alan həmin şəxs mənim oğlum deyil, media yanlış məlumat yayıb”.
