|
Ramiz Quliyev Tehranda ustad dərsləri keçəcək

Tarzən Ramiz Quliyev Tehranın Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirəcək.

Bu haqda universitetin rektoru Susan Tağıpur bildirib. 
Dekabrın 16-da və 17-də keçiriləcək ustad dərslərində tələbələrlə yanaşı, gənc müəllimlər də iştirak edəcəklər.

Dekabrın 21-də və 22-də isə Tehranın “Vəhdət” Mədəniyyət Sarayında Ramiz Quliyevin konserti olacaq. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.