|
Ebru yorğunluğunu makiyajla gizlətməyə çalışdı

Cənubi azərbaycanlı iş adamı Rza Zərrabla boşanma ərəfəsində olan müğənni Ebru Gündeş Kiprdə konsert verib. 
ABŞ-da məhkəməsi davam edən ərinin ona həbsdə xəyanət etdiyini öyrənən ifaçının arıqlaaması və yorğun olması diqqətdən qaçmayıb. 
İki saat davam edən konsertində daha çox İbrahim Tatlısəsin mahnılarını səsləndirən Ebru yorğunluğunu gizlətmək üçün həddindən çox makiyajdan istifadə edib. Gündeşi izləyənlər “Heç yaxşı görünmür, çox arıqlayıb” şəklində şərhlər yazıblar.