Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton Milad bayramı ilə bağlı Londondakı körpələr evini ziyarət edib.
Hersoginyanın budəfəki ziyarətində diqqətçəkən məqam onun paltosu olub.Belə ki, tünd bordo rəngli paltonu hersoginya 2014-cü ildən geyinir.
Qeyd edək ki, Middlton köhnə geyimlərini atmağı sevmir. O, bir müddət öncə 10 il geyindiyi ayaqqabı ilə paparazzilərə tuş gəlib. 

