Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.
Kubokun son finalçısı "Qəbələ" öz meydanında "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Günün digər matçında isə son üç mövsümdə kubokun qalibi olan "Qarabağ" "Sumqayıt"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 14-15-də olacaq.
11 dekabr (bazar ertəsi)
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
19:00. “Qarabağ” – “Sumqayıt” - 2:1
Qollar: Rəşad Eyyubov, 24 (0:1), Riçard Almeyda, 57 (1:1), Pedro Enrike, 85 (2:1)
Qırmızı vərəqə: Fərhad Vəliyev, 88 ("Sumqayıt")
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
“Azersun Arena”
16:00. “Qəbələ” – “Səbail” - 1:0
Qol: Stiven Monroz, 59
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
0 dekabr (bazar)
"Zirə” – "Neftçi” - 1:0
"Keşlə” – "Kəpəz” - 2:0
