|
Məşhur modelin qolunun altındakı tüklər heyrətləndirdi

"Love" dərgisinin təqviminin siması bu dəfə 22 yaşlı model Gigi Hadid olub. 
Çəkiliş məkanından görüntülər sosial mediada yayılıb. Giginin oradakı görüntüsü tənqid edilib. 

Belə ki, Hadidin qolunun altında tüklərin olması açıq-aşkar görünür. Hər kəs fotoya "Bu nədir? Tükdür?" şərhini yazıb. 

Bəziləri isə dərginin reklam xatirinə modelə belə bir görüntü verdiklərini iddia edib.