|
Səudiyyə Ərəbistanında kinoteatr açmağa icazə verdilər

Səudiyyə Ərəbistanında son 35 ildə ilk dəfə olaraq kinoteatr açmağa icazə verilib. Bu taxtın vəliəhdi Məhəmməd bin Salman al Saudun qərarı ilə verilib.

 

Dekabrın 11-də krallıqda kommersiya kinoteatrlarına lisenziya lamaq üçün icazə verilib. Ölkədə kinoteatrlar 80-ci illərdə bağlanmışdı.

 

Məhəmməd bin Salman əl Saud ölkədə sosial dəyişikliklərə, o cümlədən qadınların avtomobil sürməsinə və s. dəstək verir.