|
İnquşetiyada Azərbaycan vətəndaşlarının olduğu avtobus aşıb

İnquşetiyada Azərbaycan vətəndaşlarının olduğu avtobus aşıb.

Trend-in məlumatına görə, gecə saatlaırnda baş vermiş hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumata görə, Qrozni-Vladiqafqaz marşrutu ilə hərəkət edən avtobusda sürücü ilə birlikdə 7 nəfər olub.

 

Xəsarət alanların vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.