|
Qəbələ sakini Göyçayda özünü bıçaqlayıb

Göyçay rayonunda 54 yaşlı kişi özünü bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Kürdşaban kəndində qeydə alınıb.

Qəbələ rayonunda qeydiyyatda olan 1963-cü il təvəllüdlü Cabbarov Fəxrəddin Daşdəmir oğlu bıçaq xəsarətləri ilə Göyçay rayon Xəstəxanasına gətirilib.

Yaralı izahatında o bildirib ki, özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.