Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, milimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya" öz meydanında Kiyev “Dinamos”u ilə qarşılaşıb.
Oyun qolsuz bərabərliklə başa çatıb.
Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Aleksandriya” hazırda 19 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb
