|
"Övladıma kiçik yaşda səhnəyə çıxmağa icazə vermərəm"

90-cı illərin məşhur uşaq müğənnisi "Küçün İbo" dərgilərdən birinə müsahibə verib. 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əsl adı İbrahim Halil Küçük olan müğənni uzun müddət səhnə ilə vidalaşsa da, yenidən sənətinə qayıdıb. 

O, konsertlər verdiyini və yeni mahnılar yazdırdığını vurğulayıb.

“Övladına 12 yaşında səhnəyə çıxmağa icazə verərsiniz” sualına İbrahim “Xeyr. Ona “Südünü iç, yat” deyərəm. Amma özüm o yaşda ifaçılığa başladığım üçün peşman deyiləm” cavabını verib. 

Qeyd edək ki, “Küçük İbo” İbrahim Tatlısesin  konsertində ilk dəfə səhnəyə çıxaraq ifasıyla uzun müddət gündəmdə qalıb.

Ailəsinin onu sənətdən uzaqlaşdırmaq təhdidlərinə boyun əyməyən İbo çıxardığı albomlarla rekord qırmağa başlayıb. "Küçük İbo" serialı ilə fanatlarının sayını artıran gənc oğlan yeniyetməlik dövründə ağır psixoloji gərginlik keçirdiyi üçün sənətdən uzaqlaşıb