|
Prezident Sudan səfirinin etimadnaməsini qəbul etdi

Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Sudanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.

Cia.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.