|
"Həmas" Fələstin sakinlərini üsyan etməyə çağırıb

Fələstinin "Həmas" hərəkatının lideri İsmayıl Haniyə yeni üsyanın başlanmasına çağırıb.

“Report” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. "Biz bütün azad Fələstin sakinlərini cümə günü – "qəzəb günü" küçələrə çıxmağa və yeni üsyanın başlandığını elan etməyə çağırırıq", - deyə o bildirib.